Daşkənd, 18 iyul 2026 – Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların təşviqi məqsədilə 18 iyul 2026-cı il tarixində Daşkənd şəhərində "Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Biznes Klubu)"nun rəsmi təqdimat mərasimi uğurla keçirildi.

Təşkilatçı Tərəfdaşlar
Networkstan
ASR Distribution and Development Group
Azərbaycan Sahibkarlar Konfederasiyası
Özbəkistan Ticarət və Sənaye Palatası

Təqdimat mərasimində Azərbaycan və Özbəkistanın dövlət qurumlarının nümayəndələri, sahibkarlar, investorlar, biznes assosiasiyalarının rəhbərləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və biznes dairələri arasında birbaşa əməkdaşlığın inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib.

Açılış Nitqi

Tədbiri giriş nitqi ilə açan UzAz Biznes Klubunun İdarə Heyətinin sədri Elxan Mikayılov, "Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Biznes Klubu)"nun yaradılmasının əsas məqsədləri, klubun fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verib.

Klub Azərbaycan və Özbəkistan sahibkarlarını vahid platformada birləşdirərək yeni əməkdaşlıqların formalaşmasına və biznes əlaqələrinin sistemli şəkildə inkişafına xidmət edəcək.

— Elxan Mikayılov, UzAz Biznes Klubu İdarə Heyətinin sədri
Networkstan Çıxışı

Daha sonra Vüqar Mirzəyev, Networkstan şirkətinin icraçı direktoru çıxış edərək Özbəkistanda biznes qurmaq istəyən xarici sahibkarlar üçün təqdim olunan xidmətlər, biznesin təşkili, dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri və "Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Biznes Klubu)"nun sahibkarlar üçün yaradacağı imkanlardan danışıb.

Digər Çıxışlar

Tədbirdə həmçinin Özbəkistan Ticarət və Sənaye Palatasının nümayəndəsi Əlişer Şayxov, Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Bekzod Erjigitov və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Elvin Ali çıxış edərək Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin inkişaf perspektivləri, özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və biznes platformalarının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

01

Elxan Mikayılov

UzAz Biznes Klubu İdarə Heyətinin sədri

02

Vüqar Mirzəyev

Networkstan şirkətinin icraçı direktoru

03

Əlişer Şayxov

Özbəkistan Ticarət və Sənaye Palatası nümayəndəsi

04

Bekzod Erjigitov

ÖR İnvestisiya, Sənaye və Ticarət Nazirliyi nümayəndəsi

05

Elvin Ali

Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndəsi

Klub Fəaliyyəti

Tədbir çərçivəsində "Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Biznes Klubu)"nun fəaliyyəti, üzvlük imkanları, sahibkarlara təqdim ediləcək xidmətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr təqdim olunub. İştirakçılara klubun planladığı təşəbbüslər barədə geniş məlumat verilib:

Rəsmi hissədən sonra keçirilən B2B görüşlər və networking sessiyası iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, potensial tərəfdaşlıqların müzakirəsinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradıb.

"Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Biznes Klubu)" Azərbaycan və Özbəkistan arasında biznes körpüsü rolunu oynayaraq sahibkarlar, investorlar və dövlət qurumları arasında davamlı əməkdaşlığın inkişafına, qarşılıqlı investisiyaların təşviqinə və iki ölkənin iqtisadi münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verməyi qarşısına əsas məqsəd kimi qoyur.

Təqdimat mərasimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə Azərbaycan–Özbəkistan biznes əməkdaşlığının inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilib.

Xəbərlərə qayıt