Pulsuz Diaqnostika
Premium Corporate Media

Media & xəbərlər

ASR Development Consulting Group-un son xəbərləri, elanları və yenilikləri ilə tanış olun. 2009-cu ildən etibarən dövlət və özəl sektora strateji həllər təqdim edirik.

16+
İllik təcrübə
50+
Peşəkar mütəxəssis
Aşağı sürüşdür

Gələn tədbirlər

Yaxınlaşan tədbirlər və görüşlərimiz

Tədbir 1
Konfrans
Tədbir 1: Beynəlxalq biznes forumu
15 İyun 2026

Beynəlxalq biznes forumu çərçivəsində strateji əməkdaşlıq imkanları müzakirə olunacaq.

Ətraflı məlumat

Beynəlxalq biznes forumu çərçivəsində strateji əməkdaşlıq imkanları, investisiya layihələri və inkişaf proqramları müzakirə olunacaq. Forumda 10 ölkədən 100+ nümayəndə iştirak edəcək.

  • 10 ölkədən nümayəndələrin iştirakı
  • Strateji əməkdaşlıq müzakirələri
  • İnvestisiya imkanlarının təqdimatı
  • Networking sessiyaları
Marketing Seminari
Seminar
Tədbir 2: Marketing strategiyaları seminari
22 İyun 2026

Rəqəmsal marketinq və brend strategiyaları üzrə praktiki seminar keçiriləcək.

Ətraflı məlumat

Marketing strategiyaları seminari çərçivəsində rəqəmsal marketinq, sosial media idarəçiliyi, SEO, kontent marketinqi və brend strategiyaları mövzularında praktiki təlimlər keçiriləcək.

  • Rəqəmsal marketinq və SEO
  • Sosial media strategiyaları
  • Kontent marketinqi və brendinq
  • 80 iştirakçı yer
Tədbir 3
Seminar
Tədbir 3: Qida təhlükəsizliyi seminarı
5 İyul 2026

Qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə beynəlxalq seminar keçiriləcək.

Ətraflı məlumat

Qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə beynəlxalq seminar çərçivəsində HACCP, ISO 22000 və BRCGS standartları müzakirə olunacaq.

  • HACCP və ISO 22000 standartları
  • Beynəlxalq ekspertlərin iştirakı
  • Praktiki workshop-lar
  • Sertifikatlaşdırma imkanı
HR Seminar
Seminar
Tədbir 4: İnsan resursları idarəetmə seminari
12 İyul 2026

İnsan resursları idarəetməsi və talent inkişafı üzrə praktiki seminar keçiriləcək.

Ətraflı məlumat

İnsan resursları idarəetmə seminari çərçivəsində işə qəbul prosesləri, performans menecmenti, əməkdaş motivasiyası və talent inkişafı strategiyaları mövzularında praktiki təlimlər keçiriləcək.

  • İşə qəbul və seçim strategiyaları
  • Performans menecmenti sistemləri
  • Əməkdaş motivasiyası və saxlanılması
  • 40 iştirakçı yer
Maliyyə Seminari
Konfrans
Tədbir 5: Maliyyə və investisiya strategiyaları konfransı
20 İyul 2026

Müasir maliyyə idarəetməsi və investisiya strategiyaları üzrə beynəlxalq konfrans keçiriləcək.

Ətraflı məlumat

Maliyyə və investisiya strategiyaları konfransı çərçivəsində korporativ maliyyə idarəetməsi, risk analizi, beynəlxalq investisiya imkanları və kapital bazarları mövzularında ekspert mühazirələri keçiriləcək.

  • Korporativ maliyyə strategiyaları
  • Beynəlxalq investisiya imkanları
  • Risk idarəetməsi və audit
  • 60 iştirakçı yer

Son xəbərlər

İş ortamı, tədbirlər və görüşlərimiz

Elxan Mikayılov AMCHAM təyinatı
Təbrik
ASR Consulting rəhbəri Elxan Mikayılov AMCHAM-ın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri təyin olunub
14 İyul 2026

ASR Consulting şirkətinin rəhbəri Elxan Mikayılov AMCHAM Azərbaycanın Qida və kənd təsərrüfatı işçi qrupunun sədri vəzifəsinə təyin olunub.

Ətraflı məlumat

ASR Consulting şirkətinin rəhbəri Elxan Mikayılovu AMCHAM Azərbaycanın Qida və kənd təsərrüfatı işçi qrupunun sədri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirik. Ona yeni vəzifəsində uğurlar arzulayır, qida və kənd təsərrüfatı sektorunun inkişafına dəyərli töhfələr verəcəyinə inanırıq.

  • AMCHAM Azərbaycan qida və kənd təsərrüfatı işçi qrupu
  • Yeni sədrlik vəzifəsi
  • Sektorun inkişafına töhfə
  • Gələcək fəaliyyətdə uğurlar
Özbəkistanın Ticarət və Sənaye Palatası ilə görüş
İşgüzar Əlaqələr
"Özbəkistan-Azərbaycan İş Adamları Klubu"nun yaradılması qərara alındı
09 İyun 2026

Daşkənddə Özbəkistanın Ticarət və Sənaye Palatası ilə keçirilən görüşdə "Özbəkistan-Azərbaycan İş Adamları Klubu"nun formalaşdırılması qərara alındı.

Ətraflı məlumat

Görüşdə ASR Group rəhbərliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəliyi və "Networkistan" təşkilatı iştirak edib.

Özbəkistan Qida Sənayesi Assosiasiyası görüşü
Tərəfdaşlıq
ASR Group Özbəkistanın Qida Sənayesi Assosiasiyası ilə strateji tərəfdaşlığa başlayır
08 İyun 2026

Daşkənddə keçirilən rəsmi işgüzar görüşdə ASR Group rəhbərliyi ilə Özbəkistan Qida Sənayesi Assosiasiyası arasında strateji tərəfdaşlıq müzakirə edildi.

Ətraflı məlumat

"ASR Distribution and Development Group" ilə Özbəkistan Qida Sənayesi Assosiasiyasının rəhbərliyi arasında Daşkənddə rəsmi işgüzar görüş keçirilmişdir. Şirkətin təsisçisi Elxan Mikayılov və baş direktoru Əli Vəliyev şəxsən iştirak edərək ölkədə qida təhlükəsizliyi islahatları, risk-əsaslı təftiş sisteminin tətbiqi, ISO 22000 və HACCP standartları üzrə müzakirələr aparmışlar. Görüşün yekunu olaraq yaxın günlərdə Anlaşma Memorandumunun (MoU) imzalanması barədə razılıq əldə olunmuşdur.

Elxan Mikayılov tədbirdə
Rəhbərlik
Elxan Mikayılov baş direktor təyin edildi
15 May 2026

Şirkətin illik strateji iclasında Elxan Mikayılov yeni baş direktor vəzifəsinə təyin edildi.

Ətraflı məlumat

15 may 2026-cı ildə keçirilən ASR Group-un illik strateji iclasında şirkətin rəhbərlik strukturunda mühüm dəyişiklik baş verdi. Dövlət idarəçiliyi və strateji islahatlar sahəsində 20 illik təcrübəyə malik Elxan Mikayılov baş direktor vəzifəsinə təyin edildi.

  • 20+ illik dövlət idarəçiliyi təcrübəsi
  • Strateji islahatlar və transformasiya sahəsində ekspert
  • 50 nəfərlik komandaya rəhbərlik edəcək
  • 2026-2030 strateji inkişaf planının hazırlanması
AQTA Çin protokol görüşü
Görüş
AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında protokol imzalandı
16 Oktyabr 2025

AQTA nümayəndə heyəti Çinə işgüzar səfəri çərçivəsində qoz-fındıq ixracı üçün protokol layihəsi imzalayıb.

Ətraflı məlumat

AQTA sədri Elxan Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Baş Gömrük Administrasiyası ilə görüş keçirib. Görüşdə fındıq və badam ixracı üçün yoxlama və karantin protokolunun layihəsi imzalanıb. Bu protokol Azərbaycanın qoz-fındıq məhsullarının Çin bazarının rəsmi girişinə imkan yaradacaq.

  • Fındıq və badam ixracı protokolu imzalandı
  • Çin bazarının rəsmi girişinə yol açıldı
  • AQTA sədri Elxan Mikayılov görüşdə iştirak edib
  • Yeni ixrac imkanları yarandı
HACCP çağırışı
Xəbər
AQTA orta və kiçik sahibkarları HACCP sistemini tətbiq etməyə çağırıb
23 Dekabr 2025

Orta və kiçik sahibkarlıq subyektləri 2026-cı il iyunun 30-dək öz qida obyektlərində HACCP sistemini tətbiq etməlidirlər.

Ətraflı məlumat

AQTA tərəfindən orta və kiçik sahibkarlıq subyektlərinə müraciət edilib. 2026-cı il iyunun 30-dək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini tətbiq etmək məcburidir. Bu tələb qida təhlükəsizliyi standartlarının qorunması və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi məqsədi daşıyır.

  • Son tarix: 30 İyun 2026
  • HACCP sistemi tətbiqi məcburidir
  • Orta və kiçik sahibkarlıq subyektləri üçün tətbiq olunur
  • Beynəlxalq standartlara uyğunluq təmin ediləcək
Yeni sanitariya qaydaları
Qərar
AQTA qida ilə təmas edən materiallar üçün yeni sanitariya qaydaları təsdiqləyib
20 May 2025

AQTA Kollegiyasının 20 may 2025-ci il tarixli №56 saylı Qərarı ilə qida ilə təmas edən materiallar və məhsullar üçün yeni sanitariya norma və qaydaları təsdiq edilib.

Ətraflı məlumat

AQTA kollegiyasının 20 may 2025-ci il tarixli №56 saylı Qərarı ilə qida ilə təmas edən materiallar və məhsullar üçün yeni sanitariya norma və qaydaları təsdiq edilib. Yeni qaydalar qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

  • Kollegiya qərarı №56 (20 may 2025)
  • Qida ilə təmas edən materiallar üçün yeni norma və qaydalar
  • İstehlakçı sağlamlığının qorunması
  • Beynəlxalq standartlara uyğunluq
Könüllülər təlimi
Təlim
Qida təhlükəsizliyi könüllüləri üçün AQTA-da təlim keçirilib
28 Yanvar 2026

Qida təhlükəsizliyi könüllüləri proqramı çərçivəsində AQTA-da təlim sessiyası keçirilib.

Ətraflı məlumat

Qida təhlükəsizliyi könüllüləri proqramı çərçivəsində AQTA-da təlim sessiyası keçirilib. Könüllülərə qida nəzarəti və monitorinq üsulları, qida təhlükəsizliyi standartları və istehlakçı hüquqlarının qorunması mövzularında praktiki biliklər öyrədilib.

  • Qida nəzarəti və monitorinq üsulları
  • Qida təhlükəsizliyi standartları
  • İstehlakçı hüquqlarının qorunması
  • Praktiki sahə təcrübəsi

Video icmallar

Tədbirlərimizdən və layihələrimizdən video görüntülər

Foto qalereya

Tədbirlərimizdən və layihələrimizdən foto görüntülər

Foto 1

Keyfiyyət assosiasiyasında görüş

13 Dekabr 2025
Foto 2

COP29 çərçivəsində qida təhlükəsizliyi üzrə təlim proqramı

Noyabr 2024
Foto 3

Qida təhlükəsizliyi könüllüləri üçün AQTA-da təlim keçirilib

2025
Foto 4

Gilan holding(AQRO-AZƏRİNVEST MMC)

13 Aprel 2026
Foto 5

AQTİ-nin 7 laboratoriyası beynəlxalq laboratoriyalararası test proqramında uğurlu nəticə əldə edib

2025
Foto 6

Qida təhlükəsizliyi sahəsində laboratoriya üzrə fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün təlim keçirilib

2025

Tez-tez verilən suallar

ASR Group hansı xidmətlər təqdim edir?
ASR Development Consulting Group 2009-cu ildən fəaliyyət göstərən aparıcı konsaltinq şirkətidir. Strateji idarəetmə və monitorinq sistemləri, qida təhlükəsizliyi və keyfiyyət standartları (HACCP, ISO 22000, BRCGS, IFS), qanunvericilik və hüquqi ekspertiza, texniki-iqtisadi tədqiqatlar və analitik təhlillər, kənd təsərrüfatı strategiyaları və innovasiyalar, səhiyyə sektoru konsaltinqi və farma, beynəlxalq əməkdaşlıq və layihə idarəçiliyi, habelə korporativ təlim və peşəkar inkişaf proqramları üzrə kompleks xidmətlər təqdim edir.
Beynəlxalq sertifikatlarınız varmı?
Bəli, şirkətimiz beynəlxalq akkreditasiyalara malikdir. Qida təhlükəsizliyi sahəsində HACCP, ISO 22000, BRCGS və IFS standartları üzrə sertifikatlaşdırma və audit xidmətləri göstəririk. Ətraf mühit idarəçiliyi üzrə ISO 14001, keyfiyyət idarəçiliyi üzrə ISO 9001 standartlarına uyğunluq təmin edirik. Bu sertifikatlar Avropa İttifaqı, Codex Alimentarius və beynəlxalq təşkilatlar tərəfindən tanınır və Azərbaycan qanunvericiliyinə tam uyğundur.
Hansı sektorlarda fəaliyyət göstərirsiniz?
Dövlət idarəçiliyi və strateji planlaşdırma, qida təhlükəsizliyi və standartlaşdırma, səhiyyə sektoru və farma, kənd təsərrüfatı və aqrar innovasiyalar, iqtisadi siyasət və qanunvericilik, energetika və ətraf mühit, eləcə də beynəlxalq əməkdaşlıq və investisiya layihələri sahələrində fəaliyyət göstəririk. Hər bir sektora uyğun ixtisaslaşmış mütəxəssis komandamız və 16 illik təcrübəmiz ilə dövlət və özəl şirkətlərə xidmət göstəririk.